ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvana gedib.
“İki sahil” xəbər verir ki, bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.
O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: "Növbəti dayanacaq: İrəvan, Ermənistan".
Daha əvvəl məlumat verilmişdi ki, Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və danışıqların yekununda onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib