12 fevral 2026 15:38
193

Messi zədələndiyi üçün oyun təxirə salındı

Messi zədələndiyi üçün “İnter Mayami”nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan növbəti yoldaşlıq oyunu təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı ulduz Ekvadorun “Barselona” klubu ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə “İndependyente del Valye” komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib. 

Belə ki, fevralın 14-nə təyin olunan qarşılaşma fevralın 26-da baş tutacaq.