12 fevral 2026 23:58
107

Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram

Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib: "Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.