Sizin dünya səyahətinə çıxmaq istəməniz heç də pis fikir deyil. Məsələn, yerli qanunları və adətləri öyrənmək çox yaxşıdır. Belə olduqda siz öz məzuniyyətinizi rahat keçirə biləcəksiniz.
Avstraliyanın Viktoriya ştatında yalnız elektrik yanmış lampanı dəyişə bilər.
Bunun üçün nə qədər elektrik lazımdır? Bir nəfər mütləq Viktoriya ştatına lazımdır. Əgər Avstraliyanın hansısa bir ştatında peşəsi elektrik olmayan kəs yanmış elektrik lampasını dəyişərsə həmin şəxs qaydalara əməl etmədiyi üçün cərimə olunur. Belə bir qayda ilə razılaşmayan insan 8 dollardan 10 dollara qədər cərimə olunur.
Milanda hər bir vətəndaş gün ərzində daim gülümsəməlidir. Əks halda onları cərimə gözləyir.
Milanda belə bir qayda var ki, dəfn mərasimləri və xəstəxanaya hansısa bir yaxın qohum və ya əziz dost ziyarəti istisna olmaqla vətəndaş daim gülümsəməlidir. Küçədə hansısa bir şəxs qaşqabaqlı görünərsə həmin şəxsə çox ciddi cərimə tətbiq olunur.
Florida ştatında cümə günləri saat 18:00-dan sonra qorxutmaq üçün istifadə olunan qaz qeyri - qanuni hesab edilir.
Saat 17.59-a qədər bir çox əşyalar cəmiyyətin əxlaq prinsiplərinə uyğun şəkildə istifadə oluna bilər. Lakin saat 18.00-dan sonra hansısa qaydaları pozmamaq üçün insanlar evə qaçırlar.
İngiltərədə parlament binasında dünyasını dəyişmək qanuna ziddir.
Belə bir qanun 2007 - ci ildə Böyük Britaniyada qüvvəyə minib. Qayda-qanundan anlayışı olan insanlar üçün belə bir qanunun olmasına heç bir əsas yoxdur və dünyanın heç bir yerində belə qayda haqqında yazılı məlumat mövcud deyil.
Kanadada radioda hər beş xarici mahnıdan sonra mütləq yerli mahnı səsləndirilməlidir.
Bu Castin Biber pərəstişkarları üçün əla fürsətdir. Kanadanın hazırkı teleradio komissiyasının qərarına əsasən bildirilib ki, hər beş xarici mahnıdan sonra mütləq yerli mahnı səsləndirilməlidir. Bu Kanada müğənniləri üçün yaxşı reklamdır.
Yaponiyada kök olmaq qadağan olunub.
2009-cu ildə qanunverici qüvvə insanlar üçün maksimal ölçünü müəyyənləşdirib. Belə ki, 40 yaşından yuxarı hər bir kişinin bel ölçüsü 78 sm, qadında isə 89 sm olmalıdır.
Əgər Almaniyada yol ilə gedən avtomobilin yanacağı qurtarıbsa və həmin sürücü yolda dayanıb kimdənsə sözlə yanacaq istəyirsə, o zaman o şəxs qanunu pozmuş olur.
Yolda yanacağı bitmiş sürücü özü avtomobili kənara çəkməlidir və klaksondan istifadə edərək diqqəti cəlb etməlidir.
Əks halda digər sürücülər üçün təhlükə yaradan şəxs 80 avro cərimə olunur.
Könül Əliyeva, “İki sahil”