13 fevral 2026 11:21
162

Avstraliyada ağcaqanad virusları həyəcanı: yoluxmalar artır

Avstraliyanın Şimali Kvinslend bölgəsində ağcaqanadlarla yayılan virusların artdığı bildirilir.

“İki sahil” Ceyms Kuk Universitetinin məlumatına istinadla xəbər verir ki, ölkədə “Denge”, “Ross River” və “Barmah Forest” virusları üzrə yoluxmalar çoxalıb.

Məlumata görə, 2023–2024-cü illərdə ölkədə ağcaqanad mənşəli viruslara yoluxma halları təxminən iki dəfə artıb. Təkcə Kvinslenddə 2024-cü ildə 1701 “Ross River” və 378 “Denge” qızdırması halı qeydə alınıb, həmçinin bölgədə yapon ensefaliti virusları aşkarlanıb.

Alimlər bu artımı iqlim dəyişikliyi və urbanizasiya prosesləri ilə əlaqələndirirlər. Araşdırma “Virology” jurnalında dərc olunub.