13 fevral 2026 19:55
94

Paşinyan İrana rəsmi səfər edəcəyini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda İrana rəsmi səfərə yollanacaq.

“İki sahil” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

Bununla belə, o, səfərin konkret vaxtını, eləcə də təfərrüatlarını açıqlamayıb.