14 fevral 2026 15:44
111

Azərbaycan Avstraliyadan kürü əvəzediciləri almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.

“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 540,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çox) 19,1 ton (-34 %), Belarusdan 241 min ABŞ dolları dəyərində (+60 %) 33 ton (+57 %), Çindən 94,13 min ABŞ dolları dəyərində 8,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 47 min ABŞ dolları dəyərində (-4 %) 9,3 ton (-25 %), Qazaxıstandan 20,31 min ABŞ dolları dəyərində 1,88 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,02 ton) həyata keçirilib.