14 fevral 2026 16:43
102

Kürdəmirdə kanalda meyit tapılıb

Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalında aşkarlanıb.

Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Report"