"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə, ilk növbədə texniki təhlükəsizlik tədbiri olaraq qaz təchizatının fevralın 12-də saat 16.00-dan dayandırılması məcburiyyəti yaranıb. Baş vermiş qəza halının aradan qaldırıldığı müddətdə Nəsimi rayonunun 2, 3 və 4-cü mikrorayonlarında, həmçinin Seyidzadə, Əliyev, Cavadxan, İsgəndərov və Rəşid Məmmədov küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.