15 fevral 2026 14:49
98

Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər öldü

Pakistanın cənubundakı Sind vilayətinin Xayrpur rayonunda avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza avtobus sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, faktla bağlı araşdırma aparılır.