15 fevral 2026 14:56
96

İsveçrədə karnaval zamanı konfetti topunun kompressoru partladı

İsveçrənin Şabl kəndində keçirilən karnaval zamanı rəngarəng konfetti səpələyən topun kompressoru partlayıb.

“İki sahil” RTS teleradio şirkətinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Məlumata görə, yaralananlardan biri ciddi xəsarətlər alıb və helikopterlə xəstəxanaya çatdırılıb. Digər təfərrüatlarla bağlı məlumat verilməyib.