15 fevral 2026 16:21
91

MPL: “Neftçi” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının 20-ci turunda “Kəpəz” “Neftçi” ilə qarşılaşıb.

İki sahil”in məlumatına görə, Yevlaxda baş tutan oyunun 27-ci dəqiqəsində Bassala Sambu hesabı açıb. 35-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Rauf Hüseynli bərabərlik qolunu vurub.

38-ci dəqiqədə Bassala Sambu özünün və komandasının ikinci qolunu vurub. 40-cı dəqiqədə fərqlənən Emin Mahmudov "Neftçi"nin üstünlüyünü iki topa yüksəldib – 1-3.

Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

20-ci tur

15 fevral

14:30. "Kəpəz" 1-3 "Neftçi"

Qol: Bassala Sambu, 27 (0:1), Rauf Hüseynli, 35-pen. (1:1), Bassala Sambu 38 (1-2) Emin Mahmudov 40 (1-3)

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”