Misli Premyer Liqasının 20-ci turunda “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib.
“İki sahil”in məlumatına görə, saat 17:00-da start götürən yarışda yeganə qolu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Ramon Maçado vurub.
Misli Premyer Liqası,
20-ci tur
15 fevral
17:00. "Araz-Naxçıvan" 1-0 "Sumqayıt"
Qol: Ramon Maçado, 45+4-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”