Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Yujno-Saxalinsk Seysmoloji Stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
"16 fevral tarixində, saat 02:58-də (Bakı vaxtı ilə saat 03:58) Matua adasından 160 km şərqdə 6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 73 km dərinlikdə yerləşib. Zəlzələnin hiss olunduğu barədə heç bir məlumat verilməyib", - o bildirib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, daha əvvəl Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.