Yeni formatda keçirilən NBA “All Star”ın qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Los-Ancelesdə miniturnir formatında təşkil olunan yarışda “ABŞ-Zolaqlılar”, “ABŞ-Ulduzlar” və Dünya yığması qüvvəsini sınayıb.
Finalda “ABŞ-Zolaqlılar” və “ABŞ-Ulduzlar” komandaları vəsiqə qazanıblar. Həlledici görüşdə 47:21 hesabı ilə qalib gələn “ABŞ-Ulduzlar” komandası “All Star”ın qalibi olub.
Turnirin ən dəyərli oyunçusu (MVP) isə qalib komandanın heyətində yer alan Antoni Edvards seçilib. “Minnesota”nın basketbolçusu final qarşılaşmasında 8 xal toplayıb.