16 fevral 2026 10:58
101

Mask “Grok” süni intellektinin yeni versiyasını elan etdi

“X” sosial şəbəkə platformasının rəhbəri və “xAI”nin təsisçisi, amerikalı milyarder İlon Mask “Grok” neyron şəbəkəsinin yeni 4.20 versiyasının bu həftə istifadəyə veriləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, yeniləmədə mövcud 4.1 versiyası ilə müqayisədə əhəmiyyətli irəliləyiş olacaq.

Konkret dəyişikliklərlə bağlı təfərrüatlar hələ açıqlanmayıb. Lakin ehtimal edilir ki, istifadəçiləri cavabların dəqiqliyinin növbəti artımı, işləmə sürətinin yüksəlməsi və/və ya modelin funksionallığının genişlənməsi gözləyir.

Qeyd edək ki,"Grok" digər iri süni intellekt modellərinə rəqib kimi inkişaf etdirilir və "X" platformasına inteqrasiya olunub. O, “yumor hissi”nin olması və "X"dəki məlumatlara real vaxt rejimində birbaşa çıxış imkanı ilə fərqlənir. Əsas funksiyaları suallara cavab vermək, kod yazmaq, təsvirlər yaratmaq və trendləri təhlil etməkdir.

Bundan əvvəl bildirilmişdi ki, "SpaceX" şirkəti "xAI" tərəfindən hazırlanmış "Grok" süni intellektinin "Spok" adlanan unikal modifikasiyasını öz proseslərinə inteqrasiya edib.