16 fevral 2026 11:28
79

TURAN-8 Qarabağ Open 1 Azərbaycan Qran-prisi başlayır

TURAN-8 Qarabağ Open 1 Azərbaycan Qran-prisi ölkəmizdə kikboksinq idman növünün inkişafı, kütləviliyin artırılması və peşəkar yarışların sistemli şəkildə təşkili istiqamətində strateji əhəmiyyət daşıyan layihədir.

“İki sahil” xəbər verir ki, bu turnir təkcə yarış deyil-Azərbaycanda peşəkar kikboksinqin yeni mərhələsinin başlanğıcıdır. Layihə gənclər arasında bu idman növünə marağın artmasına, yeni peşəkar döyüşçülərin yetişməsinə və beynəlxalq arenaya çıxış imkanlarının genişlənməsinə real zəmin yaradır.

"Turan-8 Qarabağ Open" Azərbaycan Qran-prisinin qalibi 2026-cı ilin iyun ayında keçiriləcək Türk Dövlətləri arasında beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək. Bununla da Türk Dövlətləri arasında "Turan" adını daşıyan peşəkar kikboksinq liqasının təməli qoyulur və regional miqyasda yeni idman platformasının formalaşması istiqamətində mühüm addım atılır. 

Böyük Döyüş Gecəsi fevralın 17-si saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Pro Kikboksinq Azərbaycanın təşkilatçılığı və Bizon-un baş sponsorluğu ilə keçiriləcək "Turan-8" ilin ən prinsipial və gərgin qarşılaşmalarından biri olacaq.

Çəki dərəcələri:

- 60 kq-1 reytinq döyüşü

- 70 kq-8 idmançı (4/1 final, yarım final və final) Qran-pri gecənin ən rəqabətli

kateqoriyası

- 80 kq-4 idmançı yarım (yarım final və final) Reytinq döyüşü güc və nokaut təhlükəsi

Qeyd edək ki, ümumilikdə 14 peşəkar idmançı rinqə çıxacaq.