“Dövlət Gürcüstan siyasətində “qara pullar”ın mövcudluğuna imkan verməyəcək”.
“İki sahil” xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının üzvü Tengiz Şarmanaşvili deyib.
Şarmanaşvilinin sözlərinə görə, heç bir özünə hörmət edən ölkə xarici ölkələrdən vəsaitlərin öz dövlətinə gətirilməsinə icazə verməz:
“Helsinki Komissiyasının iclasından sonra bu dəyişikliklərin hazırlanmasını “senzura və təzyiq” adlandırmaq tamamilə qeyri-ciddidir. Orada açıq şəkildə deyildi və hətta təşkilatların adları da çəkildi ki, kimlər Gürcüstana qanunsuz şəkildə pul gətirib və yenidən inqilabi ssenarilərin maliyyələşdirilməsini planlaşdırır. Onlar nə məqsədlərini gizlədirlər, nə də bunu etdiklərini.
Gürcü dövləti Gürcüstan siyasətində “qara pullar”ın mövcudluğuna imkan verməyəcək. Bütün qanunsuz yolların qarşısı alınacaq. Marta Kos da bəyan edib ki, Gürcüstana qanunsuz şəkildə pul gətirməyi planlaşdırırlar. Onlar şəffaflıqdan imtina edirlərsə, bizim də buna reaksiyamız olacaq. Suverenliyin qorunması naminə müdafiə xarakterli reaksiya veririk. Daim yeni-yeni üsullar fikirləşirlər və bunu gizlincə yox, yüksək tribunalardan açıq şəkildə elan edirlər.
Sabah Gürcüstana pul gətirmək üçün yeni yol fikirləşsələr, onda da reaksiyamız olacaq. Suverenliyimizi müdafiə rejimindəyik, bizi buna məcbur etdilər. Pul gətirmək niyyətində olduqlarını biz uydurmamışıq, özləri açıq şəkildə deyirlər. Heç bir özünə hörmət edən, hətta özünə hörmət etməyən ölkə belə, xarici ölkələrdən vəsaitlərin öz dövlətinə gətirilməsinə icazə verməz”.
Britaniyada müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdən keçirilir
Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb
ABŞ neft şirkətlərinə Venesuelada neft əməliyyatları aparmaq üçün lisenziyalar verib