16 fevral 2026 11:34
86

Avropada yeraltı qaz anbarlarına vurulan qazın çox hissəsi istehlak edilib

Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən bu günədək 54 milyard kubmetr qaz çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatında qeyd olunub.

Anbarlardan ümumilikdə 493 milyon kubmetr qaz çıxarılıb. Hazırda anbarlarda mövcud yanacaq ehtiyatı təxminən 37,5 milyard kubmetr səviyyəsindədir.

Assosiasiyanın məlumatına görə, Avstriyanın yeraltı qaz anbarlarında ehtiyatlar 39,8% səviyyəsinə enib. Almaniyanın anbarları 23,95%, Niderlandın – 16%, Fransanın – 24,5%, İtaliyanın – 51,1% doludur. Slovakiyada ehtiyatlar 33,9%, Macarıstanda – 39,2%, Çexiyada – 37,5%, Rumıniyada – 42,3%, Bolqarıstanda – 47,2%, Belçikada – 25,1%, Danimarkada – 30,7%, Latviyada – 23%, Xorvatiyada isə 15,7% səviyyəsindədir.

Yanvarda Avropada elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 19%, fevralda isə 20% olub. Avropada fevral ayı üzrə qazın orta alış qiyməti 1 min kubmetr üçün 407 dollar təşkil edib. Yanvarda bu göstərici 415 dollar olub.

Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 33.97% doludur. Bir il əvvəl bu göstərici 45.2% təşkil edirdi.