16 fevral 2026 12:24
114

Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb

HƏMAS hərəkatının siyasi bürosunun üzvü və Qəzza sektorundakı rəhbəri Xəlil əl-Heyya Qahirədə Sülh Şurasının anklav üzrə nümayəndəsi Nikolay Mladenovla görüşərək danışıqlar aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Drop Site” portalı məlumat yayıb.

Danışıqlardan sonra Xəlil əl-Heyya portala bildirib ki, tərəflər hərəkatı tərksilah etmək üçün Sülh Şurasından və ABŞ-dən hələlik heç bir təklif almayıblar. O, görüşdə digər mövzuların da müzakirə olunduğunu deyib.

Yanvarın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan Fələstin radikallarının tərksilah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və sektorun idarə olunması üçün strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.