Böyük Britaniyanın Baş naziri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, Baş nazirin ofisi mövcud xərcləmə hədəfinə planlaşdırılandan daha tez çatmaq variantını müzakirə edir. Bu isə milyardlarla funt sterlinq əlavə vəsait tələb edə bilər.
Baş nazir Kir Starmer ötən həftəsonu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı bu məsələyə münasibətini açıq şəkildə ifadə edib. O bildirib ki, daha geniş təhlükələrlə üzləşməmək üçün aydındır ki, daha çox və daha sürətli xərcləmək lazımdır.
Baş nazir ötən il vəd etmişdi ki, 2027-ci ilin aprel ayına qədər əsas müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,5 faizi səviyyəsinə çatdırılacaq. Eyni zamanda, o, növbəti parlament dövründə bu göstəricini ÜDM-in 3 faizinədək artırmaq niyyətində olduğunu da açıqlamışdı.
BBC-yə verilən məlumata görə, hazırda Baş nazirin müşavirləri həmin 3 faizlik hədəfə mövcud parlamentin sonunadək, yəni 2029-cu ilə qədər çatmağın mümkünlüyünü araşdırırlar. Hələlik yekun qərar qəbul edilməyib və Maliyyə Nazirliyinin məsələyə ehtiyatla yanaşdığı bildirilir.
Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb
ABŞ neft şirkətlərinə Venesuelada neft əməliyyatları aparmaq üçün lisenziyalar verib