16 fevral 2026 15:31
93

Ötən il karate millisi dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanıb

2025-ci il Azərbaycan Karate Federasiya üçün yalnız milli komandaların dünya və Avropa çempionatlarında uğurla çıxış etməsi ilə yadda qalmayıb, həm də ölkədə karate idmanının vahid sistem üzrə inkişaf etdirilməsi, regionlarda infrastrukturun gücləndirilməsi, gənc və qadın idmançıların yetişdirilməsi və məktəb-universitet mühitində karate idmanının təşviqi istiqamətində mühüm addımların atıldığı bir il olub. 

Bunu Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə “İki sahil”ə özəl müsahibəsində söyləyib.

Vüsal Abdullazadənin sözlərinə görə, beynəlxalq yarışlarda 2025-ci ilin nəticələri federasiyanın bu yanaşmasının uğurunu göstərir. AKF millisi dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanmışdır. Bunlardan 112-si idman karatesinə (WKF) aiddir: 39 qızıl, 29 gümüş və 44 bürünc. Qalan medallar isə ənənəvi və kontakt üslublar üzrə əldə edilmişdir. Paralel olaraq, federasiya 20-dən artıq dünyada qəbul olunmuş karate üslubunu vahid sistem daxilində inkişaf etdirərək ümumi karate camiəsində koordinasiyanı və intizamlı idarəetməni gücləndirmişdir.

Yaqut Ağaşahqızı,” İki sahil”