16 fevral 2026 15:33
128

AKF-in 2026-cı il üçün HƏDƏFLƏRİ NƏLƏRDİR?

2026-cı ilə Azərbaycan Karate Federasiyası bir sıra hədəflərlə qədəm qoyur. Bunlar arasında idman karatesi üzrə olimpik standartlara cavab verən idmançı hazırlığını daha da gücləndirmək, uşaq-yeniyetmə və gənclər üçün ehtiyat bazasını genişləndirmək, seçim və hazırlıq mexanizmlərini təkmilləşdirmək, beynəlxalq yarışlarda sabit nəticə verən milli komanda modelini dərinləşdirmək, regionlarda karate məktəbləri və klubların fəaliyyətinin dayanıqlığını artırmaq, həmçinin hakimlik, məşqçilik və idarəetmə sahələrində keyfiyyət standartlarını yüksəltmək prioritet məqsədlər kimi göstərilir. 

Bunu Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə “İki sahil”ə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, bu hədəflər federasiyanın Azərbaycan karateçilərinin beynəlxalq arenada mövqeyini gücləndirmək, gənc nəsil idmançıları peşəkar səviyyəyə çatdırmaq və ölkədə karate idmanını sistemli şəkildə inkişaf etdirmək istiqamətində davamlı fəaliyyətini əks etdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”