17 fevral 2026 10:48
115

Banqladeşdə yeni seçilmiş deputatlar and içiblər

Banqladeş Milli Partiyasının sədri və partiyanın deputatları fevralın 12-də keçirilmiş parlament seçkilərindən sonra and içiblər.

“İki sahil” Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, mərasim baş seçki komissarı Nasir Uddin tərəfindən keçirilib. Digər partiyalardan olan deputatlar da and içiblər.

Rəsmi məlumata görə, Banqladeş Milli Partiyası parlamentdə 297 yerdən 209-nu qazanıb və yeni hökuməti formalaşdıracaq.