17 fevral 2026 14:56
103

Polşada cinayətkarlığın arta biləcəyi proqnozlaşdırılır

Ukraynada münaqişə başa çatdıqdan sonra Polşada cinayətkarlığın artması ehtimalı ilə bağlı hüquq-mühafizə orqanları qabaqlayıcı tədbirlər görməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın aparıcı nəşrlərindən olan "Gazeta Wyborcza" yazır ki,

Polşa polisinin rəhbəri Marek Boroń qəzetə müsahibəsində bildirib ki, müharibə bitdikdən sonra Polşaya cəbhədən qayıdan çoxlu sayda keçmiş hərbçinin gəlməsi mümkündür. Onun sözlərinə görə, həmçinin müasir silahların qeyri-qanuni dövriyyəyə daxil olaraq kriminal dairələr üçün əlçatan olması riski də mövcuddur.

Polis rəisi vurğulayıb ki, hüquq-mühafizə strukturları potensial təhlükələri təhlil edir və ictimai təhlükəsizliyin qorunması üçün qabaqlayıcı mexanizmlər üzərində işləyir.