İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ Cenevrədə keçirilən danışıqlar zamanı mümkün saziş üzərində işləmək üçün əsas prinsipləri razılaşdırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Nazirin sözlərinə görə, tərəflər gələcək razılaşmanın mətninin hazırlanacağı baza prinsipləri üzrə ortaq mövqeyə gəliblər. O qeyd edib ki, əldə olunan razılıq İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli istiqamətində danışıqların davam etdirilməsinə imkan yaradır.
Danışıqların növbəti mərhələsinin yaxın vaxtlarda davam etdiriləcəyi gözlənilir.