17 fevral 2026 18:45
127

Cənubi Koreyada sabiq prezident üçün ölüm hökmü və ya ömürlük həbs gözlənilir

Cənubi Koreya vətəndaşlarının 75 faizi hesab edir ki, sabiq prezident Yun Sok Yol barəsində ölüm hökmü və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılmalıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə ölkənin MBC telekanalı məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti 2024-cü ildə hərbi vəziyyətin qanunsuz əsaslarla tətbiq edilməsi ilə bağlı ittihamların ciddi nəticələr doğurmalı olduğunu düşünür.

Hazırda sabiq prezidentə qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə prosesinin davam etdiyi bildirilir. Cəmiyyət daxilində məsələ ətrafında geniş müzakirələr gedir və qərarın ölkənin siyasi həyatına ciddi təsir göstərəcəyi gözlənilir.