Əvvəlki mərhələ ilə müqayisədə bu sessiya tamamilə ciddi müzakirələri əhatə edib və daha konstruktiv atmosferdə keçirilib.
“İki sahil” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ ilə danışıqların yekunlarına dair yazıb.
Bildirilib ki, İranın XİN rəhbəri Abbas Əraqçi müxtəlif ideyaların irəli sürüldüyünü və hərtərəfli araşdırma aparıldığını deyib. Əraqçi bilıdirib ki, potensial razılaşmanın mətninin hazırlanmasına başlamaq üçün rəhbər prinsiplər üzrə ümumi razılıq əldə olunub.
"Bu o demək deyil ki, razılaşma tez bağlanacaq, lakin ən azından proses başlayıb. Mətnin hazırlanması işi daha mürəkkəb olur" , - Əraqçi vurğulayıb.
Onun sözlərinə görə, konkret vaxt cədvəli müəyyən edilməyib. Tərəflər potensial razılaşmanın layihə mətnləri üzərində işləyib, onları mübadilə edəcəklər. "Sonra üçüncü raund üçün tarix müəyyənləşdiriləcək" , - İranın XİN rəhbəri deyib.