İran Prezidenti Məsud Pezeşkian bildirib ki, rəsmi Tehran tibb, kənd təsərrüfatı və sənayedə dinc məqsədlərlə həyata keçirilən nüvə proqramından imtina etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"Daha hansı dildə deyək ki, məqsədimiz nüvə silahına sahib olmaq deyil?! Çünki nüvə silahının qadağası ilə bağlı ali rəhbərin də fətvası var", - Pezeşkian qeyd edib.
"Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq", - İran Prezidenti əlavə edib.
Qeyd edək ki, İran Prezidentin ictimai fəallarla görüşüb. Görüşün təfərrüatları fevralın 17-də açıqlanıb.