18 fevral 2026 07:58
107

Vaşinqtonun sorğusu əsasında İsveçdə Rusiya vətəndaşı saxlanılıb

İsveç Təhlükəsizlik Polisi ABŞ-nin sorğusu əsasında Rusiya vətəndaşını saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "TV4" telekanalı məlumat yayıb.

Məlumata görə, həmin şəxs Birləşmiş Ştatlarda qiyabi həbs edildikdən sonra beynəlxalq axtarışda olub. O, dekabr ayında Stokholmda polis əməkdaşları tərəfindən saxlanılıb. Amerika hakimiyyəti onu 2022–2023-cü illərdə sanksiya rejimini pozmaqda şübhəli bilir və ekstradisiya edilməsinə çalışır.

Polisin mətbuat katibi Yunatan Svenson bildirib ki, söhbət beynəlxalq həbs qətimkan tədbirindən gedir. İsveçin cinayət işinin istintaqında başqa ölkəyə yardım göstərməsi ilə əlaqədar qurum detalları açıqlamır.

Stokholm Dairə Məhkəməsi saxlanılan şəxsin ekstradisiya ilə bağlı qərar verilənə qədər həbsdə saxlanılması barədə qərar çıxarıb. Yekun qərarı İsveçin baş prokuroru, Ali Məhkəməsi və hökuməti təsdiqləməlidir.