18 fevral 2026 08:56
107

"YouTube" platformasının işində problem yaranıb

Bir neçə ölkədə "YouTube" platformasının işində problem yaşanıb.

“İki sahil” bu barədə "Downdetector" saytına istinadla xəbər verir.

Ən çox şikayət - 20 mindən çox - ABŞ-dən daxil olub. İstifadəçilərin 18 %-i saytın işləməsində, 16 %-i videoların axınla izlənməsində problem yaşayıb, 56 %-ində isə tətbiq ümumiyyətlə işləməyib.

"Downdetector"un məlumatına görə, xidmətin işində ciddi kəsintilər həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Fransada da müşahidə olunur.

Böyük Britaniyada 37 mindən çox istifadəçi platformanın işindən şikayət edib, Almaniyada təxminən 7 min, İtaliyada isə 5 mindən çox şikayət qeydə alınıb.