Fevralın 16-dan 18-dək Astanada 9-13 yaşlı şagirdlər üçün Türk Dünyası Uşaq Oyunları Beynəlxalq Festivalı keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir Türkiyə Təhsil Nazirliyi ilə birgə təşkil olunub və 104 nömrəli Keleşek məktəbində keçirilir.
Festivalın məqsədi türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirmək, ənənəvi uşaq oyunlarını qorumaq və gələcək nəsillər arasında təbliğ etməkdir.
Festival çərçivəsində ölkənin 20 bölgəsindən olan müəllimlər üçün beynəlxalq təlim seminarı keçirilir. İştirakçılar türk xalqlarının ənənəvi oyunları haqqında məlumat alacaq və onların təhsil təcrübəsinə inteqrasiyası yollarını müzakirə edəcəklər. Proqramda asıq atu, tayak tartu, ləngi tebu, oramal tastamak, sakina salu, hantalapay, tımaq uru, beş asıq və digər oyunlar yer alır.
Təlim seminarından sonra Türkiyə nümayəndə heyəti Qazaxıstanın dörd milli oyununu seçəcək və onlar 2026-cı ilin aprel ayında İstanbulda təqdim olunacaq.