18 fevral 2026 11:09
103

Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında gələcək inkişaf perspektivləri müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında olub.

“İki sahil” xəbər verir ki, Emin Əmrullayev təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.