Rusiya-Ukrayna münaqişəsinin nizamlamasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff dünən Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra X sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator kimi çıxış edib. Münaqişə tərəflərini bir araya gətirməkdə Ağ Ev administrasiyasının uğurunu qeyd edən Uitkoff bunun əhəmiyyətli irəliləyişlərə səbəb olduğunu vurğulayıb. “Hər iki tərəf nəticələri liderlərinə çatdırmaq və işləməyə davam etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar bu gün davam etdiriləcək. Danışıqların ilk altı saatlıq gününün çox gərgin keçdiyi bildirilir.