Vatikan ABŞ-nin rəhbərlik etdiyi "Sülh Şurasına" qoşulmayacaq.
“İki sahil” xəbər verir ki, bunu Vatikan dövlət katibi kardinal Pietro Parolin "Reuters" agentliyinə müsahibəsində deyib.
"Vatikan özünəməxsus təbiətinə görə "Sülh Şurası"nda iştirak etməyəcək. Narahatlıq ondadır ki, beynəlxalq səviyyədə böhran vəziyyətləri ilk növbədə BMT tərəfindən həll edilməlidir. Bu, bizim təkid etdiyimiz məqamlardan biridir", - deyə Parolin qoşulmama səbəbini bu şəkildə izah edib.