18 fevral 2026 14:30
93

Türkiyəni Sülh Şurasının iclasında Hakan Fidan təmsil edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə Sülh Şurasının Vaşinqtondakı iclasında iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.

İclas 19 fevralda keçiriləcək.