05 dekabr 2016 22:33
483

Mənzildən geniş və işıqlı kitab mağazası düzəldilib

Çinin “Çao Ru” memarlıq studiyası hündürmərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzili geniş və işıqlı oxucu zalı olan mağazaya çevirib.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, mənzildə açıq rəngli ağac materialından istifadə edildiyindən otaqlar çox işıqlıdır.

Arxitektorlar otaqları geniş etməkdən ötrü ağac materialından istifadə ediblər. Belə ki, burada hazırda 5 minədək kitab yerləşdirmək mümkündür.

Maraqlıdır ki, kənardan adi mənzildən seçilməyən mənzilin balkonu da istifadəsiz qalmayıb və oxucu zalına çevrilib. Otaqları ayıran divarlarda indi kitab dolabı düzəldilib.