20 fevral 2026 00:14
115

Rusiya Ukraynanın itkilərini açıqladı - 1457-ci gün

Rusiya müharibənin 1457-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 115 432 PUA-sı, 650 zenit-raket kompleksi, 27 768 tank və digər zirehli texnikası, 1 668 reaktiv yaylım atəş sistemi, 33 376 artilleriya və minaatanı, 54 769 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.