ABŞ Energetika naziri Kris Rayt cümə günü Beynəlxalq Energetika Agentliyinə (IEA) enerji sektorunda emissiyaları sıfır səviyyəsinə endirmə hədəflərini dəstəkləməkdən imtina etməsi üçün bir illik müddət verib, əks halda ABŞ onun üzvlülüyündən çıxa bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
“Belə bir qrup zehniyyəti olub. 2050-ci ilədək sıfır emissiya üzrə dağıdıcı illüziyaya 10 il sərf olunub. ABŞ bütün təzyiq imkanlarımızdan istifadə edəcək ki, Beynəlxalq Energetika Agentliyini nəhayət, növbəti il və ya bir qədər sonra, bu gündəmdən uzaqlaşdırsın”, - Kris Rayt qeyd edib.
Qeyd olunub ki, 2015-ci ildə ABŞ və təxminən 200 digər ölkə Paris Sazişini imzalayıb. Bu, neft, qaz və kömürdən daha az istifadə yolu ilə qlobal istiləşməni məhdudlaşdırmaq və 2050-ci ilədək istixana qazı emissiyalarını sıfıra endirmək məqsədini daşıyan beynəlxalq öhdəlikdir.