“Bu yaxınlarda bir məlumat yaymışdıq ki, həbsxanaların istintaq təcridxanalarının sürətlə boşaldılması ilə bağlı göstəriş verilib”.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Bizə bildirilib ki, bu məsələdə xüsusilə “Vardaşen” cəzaçəkmə müəssisəsində fəal iş aparılır. Məlum olduğu kimi, bu müəssisə keçmiş və indiki vəzifəli şəxslərin, xüsusilə güc strukturlarında xidmət etmiş şəxslərin saxlanıldığı yerdir”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, bu qərar Ermənistan hakimiyyətinin siyasi müxalifətə qarşı tətbiq etməyə hazırlaşdığı seçkiöncəsi təzyiqlər və repressiyalarla bağlıdır.
“Görünür, ssenari əvvəlcədən hazırlanıb, qurbanlar seçilib və onların əksəriyyəti vaxtilə vəzifə tutmuş şəxslər olacaq”, - deyə nəşr əlavə edib.