Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Belə ki, yerli vaxtla saat 06:10-da qeydə alınan yeraltı təkanın ocağı 9,27 kilometr dərinlikdə yerləşib.
Qeyd olunur ki, zəlzələ ətraf ərazilərdə də hiss olunub. İlkin məlumatlara əsasən, hadisə nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb.