20 fevral 2026 16:18
127

Norveç Yaxın Şərqdəki vəziyyətə görə hərbçilərinin bir hissəsini İraqdan çıxarıb

Norveç Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən hərbçilərinin bir hissəsini İraqdan çıxarmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Norveç KİV-ləri ölkənin Silahlı Qüvvələrinin Operativ Qərargahının mətbuat katibi Brinyar Strodala istinadən məlumat yayıb.

"Regiondakı gərginlik səbəbindən onların bir hissəsi tərəfdaşlarımızla koordinasiya edilərək başqa yerlərə köçürülüb. Biz yerli təhlükəsizlik qüvvələrinə dəstək olmaq üçün həmin ölkələrdəyik. Regionda təhlükəsizliklə bağlı yaranmış yeni vəziyyət bu missiyanı çətinləşdirir. Məhz buna görə də biz bu yerdəyişməni həyata keçiririk", – o deyib.

O İraqdan nə qədər hərbçinin çıxarıldığını bildirməyib.

Daha əvvəl Norveç İraq və İordaniya ərazisində təxminən 60 hərbçi yerləşdirmişdi. Ölkə 2015-ci ildən İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində İraqa qoşun göndərib.