20 fevral 2026 16:31
121

Rusiya Ukraynanın əsas gəlir mənbəyinə zərbə vurur

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Qara dəniz limanlarına qarşı həyata keçirdiyi hava zərbələri ölkənin əsas ixrac gəlirlərinə mənfi təsir göstərib.

“İki sahil” xəbər verir ki,  bu barədə Reuters agentliyi məlumat yayıb.

Mənbələrə istinadla verilən xəbərdə qeyd olunur ki,  keçən ilin sonunda Ukraynanın qara dəniz limanlarına endirilən aviazərbələr onların yükgöndərmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb, Bu isə Ukraynanın kənd təsərrüfatı məhsulları və mineral resurslar üzrə ixracına ciddi ziyan vurub.

Limandan ixrac edilən taxıl, günəbaxan yağı, polad və digər məhsullar Ukrayna iqtisadiyyatının əsas gəlir mənbələri hesab olunur. Reuters‑in məlumatında vurğulanır ki, bu hava zərbələri həmin gəlirlərə mənfi təsir göstərərək iqtisadi vəziyyəti çətinləşdirib.