Almaniya kansleri Friedrixh Merts dünya düzənində radikal dəyişikliklərin baş verdiyini və “böyük güclər nizamı”nın formalaşdığını bəyan edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu fikirləri öz partiyası olan Xristian Demokrat İttifaqının qurultayında səsləndirib.
Merts bildirib ki, hazırda hamı dünya nizamında epoxal dəyişikliklərin şahididir. Onun sözlərinə görə, baş verən proseslər qlobal xarakter daşımaqla yanaşı, ayrı-ayrı ölkələrin daxili siyasətinə də ciddi təsir göstərir və “daxili siyasi nəticələr” doğurur.
Kansler daha əvvəl qeyd etmişdi ki, Ukraynada döyüş əməliyyatları tərəflərdən birinin hərbi və ya iqtisadi baxımdan tükənməsindən sonra dayana bilər. O, həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə dialoqun bərpası üçün hazırda imkan görmədiyini də bildirib.
Mertsin açıqlamaları Almaniyanın və ümumilikdə Avropanın dəyişən geosiyasi mühitə münasibətini əks etdirir.
Norveç Yaxın Şərqdəki vəziyyətə görə hərbçilərinin bir hissəsini İraqdan çıxarıb