21 fevral 2026 08:40
95

"Axios": ABŞ İranın ali lideri və onun oğlunun aradan götürülməsi imkanını nəzərdən keçirir

ABŞ İranın ali dini lideri Əli Xamenei və onun oğlunun fiziki cəhətdən məhv edilməsi imkanlarını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası İrana uranı yalnız simvolik şəkildə zənginləşdirməyə imkan verən, lakin bomba əldə etməsinə şərait yaratmayan təklifi nəzərdən keçirməyə hazırdır. "Axios" qeyd edib ki, bu minvalla Vaşinqton və Tehran arasında sazişin əldə olunması üçün kiçik şanslar yaranır.

"Eyni zamanda, Trampa ali liderə birbaşa sui-qəsdi də əhatə edən hərbi variantlar təklif olunub", - deyə portal qeyd edib. Məlumata görə, belə bir variant həmçinin Xameneinin] xələfi hesab edilən oğlunun da aradan qaldırılmasını nəzərdə tutur.

Portalın mənbələri vurğulayıb ki, ABŞ-nin İrana qarşı gələcək addımları ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.