21 fevral 2026 11:55
118

Ömər Bolat Aleksandr Novak ilə görüşüb

Türkiyənin ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.

İki sahil” yazır ki, nazir Bolat görüş haqqında məlumatı sosial media hesabında paylaşıb.

O, Türkiyə-Rusiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Novak və onun nümayəndə heyəti ilə məhsuldar görüş keçirdiklərini bildirib və əlavə edib: "Görüşümüzdə ticarət və iqtisadi əlaqələrimizi 100 milyard dollarlıq ticarət həcmi hədəfinə uyğun olaraq inkişaf etdirmək üçün atacağımız addımları qiymətləndirdik. Ticarət münasibətlərimizin gücləndirilməsinin və davamlılığının təmin etdirilməsinin vacibliyi barədə razılığa gəldik. Qlobal və regional çətinliklərin yaratdığı yeni şəraitdə ikitərəfli münasibətlərimizi və əməkdaşlığımızı gücləndirməyin yolları barədə fikir mübadiləsi apardıq."

Məhərrəm Ağalaroğlu, “İki sahil”