21 fevral 2026 12:50
102

Ukrayna Aİ-yə "Odessa-Brodı" kəmərini təklif edir

Ukrayna Avropa İttifaqına (Aİ) Macarıstana və Slovakiyaya neft tranziti üçün Rusiyanın hücumu nəticəsində zədələnmiş "Drujba" neft kəməri əvəzinə "Odessa-Brodı" kəmərindən istifadə etməyi təklif edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Ukrainska pravda" qəzeti bu ölkənin Avropa İttifaqı yanında missiyasının məktubuna istinadən məlumat yayıb.

"Avropa ölkələrinə, xüsusilə Macarıstana və Slovakiyaya neft tədarükünün təhlükəsizliyinin təmin edilməsi kontekstində Kiyev Ukraynanın mövcud neft nəqli infrastrukturundan istifadə etməklə neft daşınması imkanının nəzərdən keçirilməsini təklif edir. Xüsusilə, belə logistika ya Ukraynanın neft nəqli sistemi vasitəsilə ya da dəniz yolu ilə – dəniz limanlarında yüklərin boşaldılıb yenidən yüklənməsi və daha sonra "Odessa–Brodi" neft kəməri ilə Aİ-yə üzv dövlətlərə nəqli şəklində təşkil oluna bilər", - təklifdə qeyd edilib.