21 fevral 2026 13:13
90

Britaniya hökuməti Endryunun taxt varisliyindən çıxarılmasını nəzərdən keçirir

Böyük Britaniya hökuməti Endryu Mountbatten Vindzorun kral taxt-tacı varisliyi siyahısından çıxarılması ilə bağlı qanunvericilik təşəbbüsünü nəzərdən keçirir.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Lyuk Pollard açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu addım polis araşdırmasının nəticəsindən asılı olmayaraq düzgün qərar olar və Endryunun gələcəkdə kral olmasının qarşısını alar.

Kral Çarlzın qardaşı olan Endryu ötən ilin oktyabrında, maliyyəçi və pedofiliya ittihamları ilə məhkum olunmuş Ceffri Epşteynlə əlaqələrinə görə artan təzyiqlər fonunda “şahzadə” titulu da daxil olmaqla bir sıra rəsmi statuslardan məhrum edilsə də, taxt varisliyi siyahısında səkkizinci yerdə qalır.

Cümə axşamı Endryu vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanıldıqdan 11 saat sonra istintaq altında azadlığa buraxılıb. O, irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir.

Lyuk Pollard hökumətin Bukinqem Sarayı ilə bu məsələ üzrə tam şəkildə işlədiyini təsdiqləyib. O bildirib ki, keçmiş şahzadənin “potensial olaraq taxta bir addım məsafədə” qalmasının qarşısının alınması planlaşdırılır. Nazir əlavə edib ki, təşəbbüsün partiyalararası dəstək qazanacağına ümid edir, lakin qərarın polis araşdırması yekunlaşdıqdan sonra verilməsinin düzgün olacağını vurğulayıb.