21 fevral 2026 13:28
122

Albaniya qarışdı - Küçələr döyüş meydanına çevrilib

Albaniyada Baş nazir Edi Rama hökumətini korrupsiyada ittiham edən minlərlə etirazçı paytaxt Tiranada Baş nazirin ofisinə “molotov kokteyli” və atəşfəşanlıqla hücum edib.

İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, polis göz yaşartıcı qazla cavab verib və iki tərəf arasında iki saatlıq toqquşma zamanı küçələr döyüş meydanına çevrilib.

Müxalifət Demokrat Partiyasının lideri Sali Berişa çıxışında deyib: "Edi Ramanın günləri saylıdır. Biz Albaniyanı ölkəni yoxsulluğa və korrupsiyaya sürükləyən Edi Ramadan xilas edəcəyik. Onlara bildirin ki, günəşin arxasında gizlənsələr belə, onları tapıb qanunun bütün gücü ilə cəzalandıracağıq."

Baş nazirin müavini və infrastruktur və enerji naziri Belinda Balluku ilə bağlı korrupsiya iddialarına görə hökumətin istefasını tələb edən nümayişçilər Baş nazirin ofisinə molotof kokteyli və fişəng atıblar, polis isə göz yaşartıcı qaz və su şırnaqları ilə cavab verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”