21 fevral 2026 16:42
116

NATO təlimində “Bayraktar TB3” ilə “Eurofighter” təyyarələri birgə uçuş nümayiş etdirib

Türkiyənin amfibiya gəmisi üzərində yerləşdirilən “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA) NATO təlimində “Eurofighter” döyüş təyyarələri ilə birgə uğurlu uçuş nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, uçuş Baltik bölgəsində keçirilən mühüm fəaliyyətlərdən biri olan “Steadfast Dart 2026” təlimi çərçivəsində icra edilib.

“TCG Anadolu” gəmisindən havalanan “Bayraktar TB3” “Eurofighter”lərlə ortaq missiya zamanı 8 saat uçaraq 1700 kilometr məsafə qət edib.

Türkiyənin müdafiə sənayesinin pilotsuz sistemlər sahəsində çatdığı səviyyəsini göstərən bu uçuş “Eurofighter” təyyarələri ilə pilotlu və pilotsuz platformaların birlikdə fəaliyyət modelinin sınağı kimi də qiymətləndirilir.